
Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Brunu Fernandeşə “Qalatasaray"a gəl” çağırışı edilib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mynet" yayıb.
Mənbənin məlumatına görə, Portuqaliya ilə Norveç arasında keçirilən UEFA Millətlər Liqası matçında zədə səbəbilə iştirak etməyən Fernandeş qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Bu zaman tribunadakı “Qalatasaray” azarkeşi futbolçuya “Come to "Galatasaray” (“Qalatasaray"a gəl”) deyə səslənib.
Fernandeş isə bu çağırışa gülümsəyərək cavab verib. Həmin görüntülər sosial şəbəkələrdə qısa müddətdə yayılıb.
Qeyd edək ki, portuqaliyalı futbolçunun adı daha əvvəl də “Qalatasaray”la bağlı transfer xəbərlərində hallanıb.
Əlisahib İbrahimli