
İspaniyanın nəhəng klubları - "Real Madrid" və "Barselona" "Filadelfiya Yunion" komandasında çıxış edən 16 yaşlı gənc ulduz Cavan Sallivanın vəziyyətini diqqətlə izləyir.
Fanat.Az "SPORT" nəşrinə istinadən xəbər verir ki, amerikalı futbolçu 18 yaşı tamam olduqda "Mançester Siti"yə qoşulmaq barədə daha əvvəl razılıq əldə etmişdi.
Lakin İngiltərə klubunun üzləşdiyi cəza iddiaları və aşağı liqaya düşmə ehtimalı bu keçidin reallaşmasını şübhə altına salır.
İspaniya giqantları İngiltərə təmsilçisinin ətrafında yaranan bu qeyri-müəyyənlikdən yararlanaraq gənc hücumçunu heyətlərinə qatmağı planlaşdırırlar.