
Türkiyənin "Bursaspor" klubunda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Toral Bayramovun çıxışı türkiyəli ekspertlərin kəskin tənqidinə səbəb olub.
Fanat.Az xəbər verir ki, türkiyəli jurnalist Nazım Türknas futbolçunun komandaya fayda vermədiyini bildirərək deyib:
"Mənim fikrimcə, Toral Bayramov "Bursaspor"da oynaya bilməyəcək. Sol cinah müdafiəçisi kimi oynadılır, amma mövqeyində qalmır. Sol cinah hücumçusu oynayır. keçid etmir, zərbə vurmur, məşqçi onu harada oynadacaq, Toralı Bursaya şəhəri gəzməyə görə almısınız?".
Baş məşqçi Mustafa Erin gərginliyini də qeyd edən ekspert yolların ayrılmasının vacibliyini vurğulayıb:
"Artıq Mustafa Erə Toral sualları verməyək, adam əsəbindən üst başını parçalayacaq hala gəlib və ümid edirəm ki, qış transfer pəncərəsində yollar ayrılacaq".
Kamil Xudiyev