13:04 11.10.2017 2571

Bizim Ansi

Bura gələndə 2009-cu il idi. Vətəni Albaniya, İsveçrə, Finlandiya və nəhayət, Ukraynadan sonra futbolçu karyerasında hazırkı və bəlkə də artıq sonuncu dayanacağı Azərbaycan, "Qarabağ”dı Ansinin.

Azərbaycanda oynayan yeganə legioner futbolçudu ki, azarkeşlər onu adı, yaxud soyadıyla deyil, daha çox "Qarabağ”ın məxsus olduğu Ağdam şəhərinin klassik müraciət formasında - "qaqa” deyə çağırırlar. Yəni Ansi belə deyək, artıq "Qarabağ”ın futbolçusu çərçivəsindən çıxmağı bacarıb. İndi o, təkcə bioloji olaraq bir alban deyil, həm də bir az ağdamlı, bir az qarabağlı, ən əsası bir azərbaycanlıdı...

Bu video İrəvanda çəkilib. Ansi Aqolli Ermənistan paytaxtından Azərbaycan xalqına salam göndərir...

***

- Ansi, how are you?

2002-ci ildi. Telefonuna yazdığım bu ismarıca verdiyi cavabdan donub qalıram. İngilis dilindəki sualı hansı dildə, daha doğrusu, hansı ləhcəylə cavablandırsa yaxşıdı? Qarabağ ləhcəsində!

"Sag ol, gaga, san natarsan?”

***

İngilis dilini yaxşı bilir. Bir müddət Ukraynada ("Krivbass” klubunda) oynadığından rus dilində də az-çox başa düşür. 8 ildi Azərbaycanda yaşadığı üçün artıq bizim dildə də azdan-çoxdan danışır. Amma mən ingilis dilini pis bilirəm. Ona görə də onunla hər dəfə ya rus, ya da Azərbaycan dilində söhbətləşirəm. Son görüşümüz 4 saatdan çox çəkib, özü də tərcüməçi-filan olmadan. Mənə o görüşdə təəccüblü və xoş gələn Ansinin rus deyil, daha çox Azərbaycan dilində danışmağa üstünlük verməsi oldu.

Azarkeşlər ona "qaqa” desə də, o, bu sözün sonuna bir hərf də əlavə edib başqalarına "qaqaş” deyə müraciət edir... Ofisianta necə səslənirdi?

- Qaqaş, kofe gətir...

***

- Qaqaş sözündən xoşun gəlir?

Azərbaycan dilində dağınıq, qırıq-qırıq danışaraq cavab verir:

- Bir dəfə taksi şofer dedim, qaqaş, İçerişahar sur. Dedi qaqaş ozunsan. Mən qaqayam...

Fikrini bizim dildə tamamlamağa çətinlik çəkdiyindən ingiliscə son nöqtəni qoyur: "He is from Agdam...”

Yəni o, ağdamlıydı...

***

- Necəsən? Səni təbrik edirəm, Çempionlar Liqasının qrupuna düşdünüz.

Artıq mesajlarımı ona Azərbaycan dilində yazıram.

O da elə bizim dildə cavab yazır:

"Cok sag ol ay qaqa. Seni de tebrik edirem”.

"Men yaxsiyam Masallah”.

"Qarabağ” Masallah...”

***

Və bu gün onun – Albaniyanın azərbaycanlısının, Azərbaycanın albaniyalısının 35 yaşı tamam olur.

Elə ona görə də təbrikimiz də həm Azərbaycan, həm alban dilində olsun.

Ad günün mübarək, Ansi!

Ditëlindja e lumtur, Ansi!

Aydın Bağırov
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

09:27

Vieyra DÇ-2026-nın iştirakçısını çalışdıracaq

Facebookdan bizi izləməyi unutmayın.
X