16:17 21.10.2017 2799

Gül, “Qarabağ”

Rəşad Ergün 

Cəmi bir neçə gün əvvəl idi. Futbol adına ən böyük sevgim olan "Barselona” səfərdə "Atletiko” ilə qarşılaşırdı. Rəqibin kimliyindən asılı olmayaraq, "Barsa”nın bütün oyunlarını izləyirəm. "Atletiko” ilə görüşü isə həm də bir neçə gün sonra Bakıda qonaq edəcəyimiz komandanın oyunu kimi izləyirdim.

Düzü, "hindular”ın dünyanın topla ən yaxşı oynayan komandasına - "Barselona”ya qarşı oyununu izlədikcə, bir az qorxmuşdum. "Qarabağ” bu komandanın qarşısında nə edəcək? Messili, İnyestalı, Busketsli, Luis Suaresli "Barsa”nın məğlub edə bilmədiyi "Atletiko”nun oktyabrın 18-i gecəsini bizim üçün zəhərə çevirəcəyindən qorxmuşdum.

Amma boşuna imiş...

Bütün təşvişlər, qorxular, narahatlıqlar boşuna imiş.

"Atletiko” qorxmalı imiş "Qarabağ”dan.

Dieqo Simeone çəkinməli imiş Qurban Qurbanovdan.

Dieqo Qodinin ayaqları əsməli imiş Dino Ndlovunun qarşısında.

"Çelsi” ilə oyun bir qəza imiş - ilk dəfə velosipedə minib, dərhal da yerə yıxılan bir uşağın qəzası kimi.

"Roma” ilə Bakıdakı oyunda itirdiyimiz xal və ya xallar "kisə”mizdən gedibmiş.

Hə, bir də...

Fransız Ruddi Buke Ndlovunun cərimə meydançasında yıxılmasını simulyasiya yox, penalti kimi qiymətləndirsəydi...

Bir düşünün, eyni vəziyyət "Qarabağ”ın "Atletiko” ilə səfər oyununda yaranır; Antuan Qrizmann bizim cərimə meydançasında eynən Ndlovu kimi yıxılır. Buke Qrizmannı simulyasiyaya görə meydandan qovardımı, yoxsa penalti təyin edərdi qapımıza? Qovmazdı, inanmıram. Heç, həm də heç inanmıram.

Bu dünyada ədalətin olduğuna da inanmıram.

UEFA-da "Qarabağ”ın haqqının tapdalanmasına üzüləcək birinin var olduğuna da inanmıram.

Ancaq bu "Qarabağ”ın bundan sonra daha yaxşı oyunlar göstərəcəyinə, daha yaxşı nəticələr qazanacağına inanıram.

Təbii, dünya olduğu yerdə qalacaq, ədalətsizliklər, haqsızlıqlar da davam edəcək. Dünyanın haqsızlığı, ədalətsizliyi ilə baş edə bilmək üçün güclənməlisən, dirənməlisən, dirəşməlisən.

Sonra...

Sonra bəlkə bir gün çox güclü olub, indi sənə qarşı öz Bukesini qoyan ədalətsizliyin, haqsızlığın qarşısına sən də bir buket gül qoya bilərsən, "Qarabağ”.

Gül, "Qarabağ”.

komanda.az
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X