Premyer Liqanın X turunda "Keşlə” ilə səfər oyununda zədələnərək əvəzlənən Kərim Diniyevin vəziyyətinə aydınlıq gəlib.
Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, MRT müayinəsindən keçən yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib.
Klubun tibb personalından verilən məlumata görə, Diniyevin sağ dizi burxulub. Bundan əlavə, menisküsda ikinci dərəcəli degenerasiya və ön çarpaz bağda birinci dərəcəli gərilmə var.
Futbolçu təxminən 20-25 gün məşq edə bilməyəcək.
Bərpa prosesini də nəzərə alsaq, onun təxminən 1 ay komandasına kömək edə bilməyəcəyini təxmin etmək olar.
Fanat.Az