"Sumqayıt" 3 itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, baş məşqçi Samir Abasov Xəyal Nəcəfov, Vüqar Bəybalayev və Bəxtiyar Həsənəlizadəin və xidmətindən məhrum olub.
Hər 3 futbolçu cəzalı duruma düşüb. Xəyal "Qarabağ"la oyunun 30-cu, Vüqar 63-cü, Bəxtiyar isə 68-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alıb. Bu onların cari mövsümdə 4-cü "sarı"sı olduğundan cəzalı duruma düşüblər və "Səbail"ə qarşı oynaya bilməyəcəklər.
"Səbail"də isə Elton Yaqublu eyni səbəbdən oyunu buraxacaq. O, "Kəpəz"lə oyunun 69-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanıb.
Fanat.Az