"Neftçi"nin futbolçusu Kiril Petrov Türkiyənin "Giresunspor" klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Fanat.Az xəbər verir ki, ukraynalı futbolçu bu barədə footboom.com-a danışıb.
27 yaşlı yarımmüdafiəçi Türkiyə klubuna keçməyin əleyhinə olmadığını bildirib: "Giresunspor”la bağlı variant maraqlıdı. Səninlə başqa klubların maraqlanması hər zaman xoşdu. Türkiyə çempionatı yetərincə səviyyəlidi. "Neftçi” ilə müqaviləmin müddəti 2018-ci ilin yayına qədərdi. "Giresunspor”la bağlı variant barədə menecerim Aleksandr Pankovdan soruşmaq lazımdı. O, daha çox məlumata malikdi. Hazırda "Neftçi”nin oyunçusuyam və komanda ilə təlim-məşq toplanışına gedirəm. Daha sonra nələrin baş verəcəyinə baxarıq. Türkiyə çempionatı yetərincə güclü turnirdi. "Giresunspor” I Liqada çıxış etsə də, komandanın qarşısında yüksək tapşırıqlar qoyulub”.
Qeyd edək ki, Kiril Petrov cari mövsüm "Neftçi”də 13 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol