13:40 06.01.2018 2493

"Gərək rəhbər ağıllı olsun, futboldan başı çıxsın ki..."

Veteran futbolçu Bəxtiyar Musayev futbolinfo.az saytına açıqlamasında çox maraqlı açıqlamalar verib. Hazırda seleksiyaçı kimi çalışan mütəxəssis millinin sabiq baş məşqçilərindən olan Berti Foqtsu tənqid edib.
 
Musayevin fikrincə, alman məşqçi futbolumuza ən böyük zərbə vuranlardan biridi: "Berti Foqts millinin baş məşqçisi olarkən "Neftçi”də işləyirdim. Arada bizim toplanışlara gəlir, məşqlərə baxırdı. Mən heç vaxt onunla üz-üzə gəlib görüşmədim. O, nəinki primitiv taktikası ilə futbolumuzu uçuruma apardı, həm də daim çörəyimizi yeyə-yeyə millətimizə hörmətsizlik etdi. Bizə yuxarıdan aşağı baxırdı. Hiyləgər adam idi. Foqts həmişə qovulacağını, kompensasiya alacağını düşünərək hərəkət edirdi”.
 
Musayev Foqtsun hiylə işlətdiyini düşünür: "3 tsikl işlədi və hər dəfə eyni şeyə şahid oldum. Əvvəllər məşqçilər yığışıb təqvimi tərtib edirdilər. Bu, təsadüf ola bilməz – Foqts həmişə ən güclü rəqiblərlə oyunların əvvələ salınmasına çalışırdı, mərhələyə zəif rəqiblərlə evdə start verməyimizə qarşı idi, nisbətən zəiflərlə, bir də artıq xala ehtiyac duymayacağı gözlənilən favoritlərlə sonda oynayırdıq. Təbii ki, seçmə mərhələyə pis başlayırdıq. Belədə qovulmaq variantı müzakirə olunsaydı, Foqtsun qorxusu yox idi, yaxşı kompensasiya alacaqdı, tsiklin sonunda zəiflərlə oyunlar üzündən qazanılan xallardan sonra isə dili uzun olurdu. Hətta futbolu dərindən bilməyən ictimaiyyət nümayəndələrinin də fikri dəyişirdi, hamı növbəti tsikldə daha yaxşı ola biləcəyinə ümid edib, ona dəstək verirdi. Özünə, işinə hörmət etməyən adam idi. Baş katib Elxan Məmmədova da deyirdim ki, bu adam bizi aldadır”.
 
Bəxtiyar bəy "Bəs, Bernard Lippertin 10 ildi bizi aldatdığını niyə başa düşmürlər” sualına belə cavab verib: "Nəticələr, faktlar göz qabağındadı. Gərək rəhbər ağıllı olsun, futboldan başı çıxsın ki, ondan da nəsə tələb etsin. Futbolu bilmirsənsə, səni Foqts da aldadacaq, Lippert də. Yəqin AFFA rəhbərliyi hansısa mütəxəssislərlə məsləhətləşir. Gərək həmin məsləhət verənlər də dürüst, vicdanlı adamlar olsun. AFFA rəhbərliyi kimlərlə məsləhətləşibsə də, yekundakı nəticəsizlikdən sonra artıq həmin adamlara etibar etməməlidi. Foqts istədiyini edirdi, komanda 10 nəfərlə müdafiə olunurdu. İyrənc taktika idi, çünki həmişə topla oynayan komanda rəqibə nisbətən daha rahat olur və 90 dəqiqə müdafiə olunursansa, istər-istəməz top buraxacaqsan. Berti isə ancaq kiçik hesablı məğlubiyyəti düşünürdü. Onun nəinki məşqçi, insani keyfiyyətləri də yox idi ki, indiyədək müsahibələrində gic-gic, aşağılayıcı açıqlamalar verir”.
 
Robert Prosineçki ilə bağlı isə Musayev fərqli düşünür: "Doğrusu, onun oynatdığı futbol xoşuma gəlirdi. Amma uşaq futboluna nə dərəcədə diqqət ayırırdı, ümumiyyətlə, ehtiyat qüvvənin hazırlanmasına diqqət yetirirdimi, qabardırdımı? Məncə, yox. Baş katib Elxan Məmmədov da demişdi ki, Prosineçki vahid sistem yaratmaq istəmədi. O, Foqts qədər hiyləgər deyildi. Buna görə də seçmə mərhələnin əvvəlində xallar yığdıq, sonluğu gətirə bilmədi və vidalaşdı”.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

Facebookdan bizi izləməyi unutmayın.
X