
"Oyunun ilk dəqiqələrindən bir neçə qol vurduq. Hər şey bizim üçün yaxşı alındı”. Fanat.Az xəbər verir ki, bunu "SKA-Xabarovsk” klubunun yarımmüdafiəçisi Vitali Fedotov deyib.
Antalyada təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoxlama oyununda "Neftçi"ni 8:1 hesabıyla üstələyən Rusiya təmsilçisinin 27 yaşlı ukraynalı üzvü şərəfini qoruduğu klubun saytına danışıb: "Bu qələbə sayəsində qısamüddətli istirahətə yüksək əhval-ruhiyyədə gedirik. Yağışlı havada oynamağımız normal idi. Burda qeyri-adi nəsə görmürəm. İstənilən şəraitdə oynamaq olar. Xabarovskda -15 dərəcə şaxtada top qovmaq da asan deyil. Əlbəttə, yağış oyuna təsir etdi. Top sıçrayırdı, meydanda rahat hərəkət etmək olmurdu. Amma buna baxmayaraq, kombinasiyalı futbol sərgilədik və yerlə ötürmələrə üstünlük verdik”.
Qeyd edək ki, "SKA-Xabarovsk” Premyer Liqada 20 turdan sonra 12 xal yığıb və turnir cədvəlində sonuncu pilləsində mövqe tutub.
Fanat.Az