Topaz Premyer Liqasında XXIII turun oyun cədvəli müəyyənləşib. Fanat.Az xəbər verir ki, həftəsonuna təsadüf edəcək turun görüşləri iki gün ərzində keçiriləcək.
İlk oyun günündə lider "Qarabağ”la autsayder "Kəpəz” üz-üzə gələcəksə, digər matçlar bazar günü baş tutacaq. Turun mərkəzi oyununda "Zirə” "Neftçi”ni qəbul edəcək.
14 aprel
16:00. "Kəpəz” – "Qarabağ”
Gəncə şəhər stadionu
15 aprel
17:00. "Qəbələ” – "Səbail”
Qəbələ şəhər stadionu
18:00. "Sumqayıt” – "Keşlə”
Sumqayıt. Şəhər stadionu
19:00. "Zirə” – "Neftçi”
Zirə İdman Kompleksinin stadionu
Fanat.Az