"Əlbəttə, oyuna yaxşı başlamadıq. Sonradan özümüzə gəldik, yaxşı hücumlar qurmğa başladıq. Yaxşı məqamda qırmızı vərəqə aldıq. Buna baxmayaraq, nəticəni qoruyub saxlaya bildik, bu münasibətlə futbolçularımızı təbrik edirəm".
Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XV tur matçından sonra deyib.
İtaliyalı mütəxəssis bir xalı uğurlu nəticə hesab edir: "Azlıqda oynamağımıza görə deyə bilərəm ki, uğurlu nəticədi. Qırmızı vərəqəyədək isə komandamız əla oyun nümayiş etdirdi. Azlıqda qalandan sonra əks-hücumlara bel bağlaya bilərdik. Son olaraq, azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Sonadək bizi dəstəklədilər. Sanki evdə oynayırdıq. Növbəti matçlarda da onları gözləyirik".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol