"Maraqlı oyun alındı. Bu matçı əsl derbi adlandırardım. Hər iki komanda qalib gəlmək istəyirdi. Bugünkü oyunu daha da gözəlləşdirən isə azarkeşlər oldu. Həm "Neftçi”, həm də "Qarabağ” azarkeşləri yaxşı dəstəklərini nümayiş etdirdilər. Futbolçulara təşəkkür edirəm. Layiqli mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qatabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XV tur matçından sonra deyib.
Çatışmazlıqlarların olduğunu deyən baş məşqçi ümumilikdə pis oyun göstərmədiklərini qeyd edib: "Xeyli düşünülmüş hücumlar qurduq. 2-3 turdan sonra daha mobil komanda olacağıq. Ümumiyyətlə, hər bir futbolçudan razı qaldım".
Qurbanov nəticənin normal olduğunu bildirib: "3 xal geridəyik. Qalib gəlsəydik, daha yaxşı olardı. Qarşıdakı matçlara ciddi hazırlaşmalıyıq. Rəqibin fikrini normal qəbul etmək lazımdı ki, 3 xallıq fərqi qoruya bildilər".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol