"Oyun barəsində danışılası çox şey yoxdur. Ən zəif oyunumuzu oynadıq. Bundan nəticə çıxarmaq lazımdı. Sevindirici haldı ki, belə oyunla 1 xal qazandıq".
Fanat.Az xəbər verir ki, busözləri "Sumqayıt"ın məşqçisi Elnur Çodarov Topaz Premyer Liqasının XXI turunda səfərdə "Sabah"la 1:1 hesablı heç-heçədən sonra deyib.
38 yaşlı mütəxəssisin sözlərinə görə, komandada xarakter çatışmayıb: "Komandada xarakter, istək çatmadı. Həftəboyu futbolçuları motivasiya etmişik. Qış fasiləsindən sonra vəziyyətimiz yaxşı deyil. Uda bilmirik".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol