"Maraqlı oyun keçdi. Qırmızı vərəqəyə qədər qol şanslarımız oldu, qapımızda qol gördük. Futbolçular da fasilədə dedilər ki, oyunu uduzmayacağıq, xarakter göstərdilər".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının XXI turunda evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçədən sonra söyləyib.
"Oyunu əvvəldən sorusaydınız, deyərdik ki, heç-heçə bizə sərf etməz. Ancaq bu gün 1 xal qazandığımızı deyə bilərik. Artıq neçəndi dəfədi azlıqda qalırıq. Futbolçulara da dedim ki, belə olanda daha yaxşı oynayırıq. Bəlkə 10 nəfərlə çıxaq, onda daha maraqlı olsun" deyə baş məşqçi bildirib.
Əhmədov "Deviç 2-ci dəfədi eyni vəziyyətdə meydandan qovulur. Həmişə deyirsiniz ki, o, peşəkardı. Deviçin belə rəftarı nə dərəcədə düzgündü" sualına belə cavab verib: "Kim olursa olsun, bu gün futbolçularda istək çox idi. Ola bilər ki, Markonun bu hərəkəti böyük istəkdən irəli gəlirdi. Yaxşı məşq keçmişdik. Futbolçular qələbə üçün alışıb-yanırdılar. Futbolçuda peşəkarlıq nə qədər olsa da, bu hərəkət düzgün deyil. Komanda daxilində söhbət olacaq. Markoyla ayrılqıda söhbət olacaq".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol