Çempionluq uğrunda mübarizədə "Qarabağ”dan 5 xal geri düşən "Neftçi” rəhbərliyi mayın 11-dən sonra yola salınacaq futbolçuların kimliyini açıqlayacaq.
Məlumatı Fanat.Az-a klubun mətbuat katibi Rütəm Allahverdiyev verib.
Əldə etdiyimiz son informasiyalara görə, çempionluq savaşında işə arzulanan şkildə yaramayanlardan birinin göndəriləcəyi indidən dəqiqləşib. Bu, italyan legioner Canluka Sansonedi. Ümidləri doğrultmayan ödənişli legionerlə yeni müqavilə imzalanmamasına qərar verilib.
Fanat.Az