Daha bir legioner futbolçu "Qarabağ"ı tərk edəcək.
Fanat.Az Polşa mətbuatına istinadən xəbər verir ki, Yakub Jezniçak mövsümün sonunda Ağdam klubundan ayrılacaq. 32 yaşlı mərkəz müdafiəçisinin karyerasını Polşa çempionatında davam etdirəcəyi bildirilir. Onun sabiq komandası "Legiya"da oynamaq ehtimalı var.
Qeyd edək ki, Jezniçak 2017-ci ilin yayında "Legiya"dan "Qarabağ"a keçib. Bu mövsüm keçirdiyi 21 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edən müdafiəçi ardıcıl iki mövsümdə Azərbaycan çemionu olub.
Onu da qeyd edək ki, mövsümün sonunda Reynaldo Silva da "Qarabağ"ı tərk edəcək.
Fanat.Az