"Çox xoşbəxtəm. Burada ilk titulumu qazandım. Ümidvaram ki, bu, hələ başlanğıcdı. Bura komandaya kömək etməyə hazır vəziyyətdə gəlmişdim. Sevindirici haldı ki, hər şey təsəvvür etdiyim kimi oldu".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Vaqner da Silva Topaz Premyer Liqasının qalibi olmaları ilə əlaqədar təəssüratlarını "Terra" nəşrinə bölüşərkən deyib.
33 yaşlı qolkiper bildirib ki, çempionluq ilk gündən görülən işlərin bəhrəsi olub: "İlk gündən hədəfimiz qatıldığımız bütün yarışlarda güclü olmaqdan ibarət idi. Xoşbəxtlikdən, mükafat əldə etdik. Bu titul ilk gündən başlanan işimizin bəhrəsidi".
Braziliyalı oyunçu Azərbaycana çox tez uyğunlaşdığını da diqqətə çatdırıb: "Bura başqa ölkədi. Yeni mədəniyyətə açıq olmağınız lazımdı. Şəhər mənim və ailəmin xoşuna gəlir. Burada sakit və çox yaxşı yaşamaq olar. Bilik və yeni mədəniyyətə uyğunlaşma futbolçu həyatının bir hissəsidir. Xoşbəxtlikdən, bu, məndə alındı".
Qeyd edək ki, Vaqner "Qarabağ"da 6 iyul 2018-ci ildən forma geyinir.
Fanat.Az