Ruslan Qurbanov yeni mövsümü "Səbail”də keçirməyəcək.
Fanat.Az-ın məlumatına görə, bu barədə futbolçu özü məlumat verib.
Şəxsi feysbuk səhifəsindən status paylaşan Qurbanov komandadan ayrılacağını bildirib:
"Səbail”in bütün əməkdaşlarına keçirdiyim bir il üçün təşəkkür edirəm. Əminliklə deyə bilərəm ki, yeni mövsüm burda olmayacam. Hələlik gipsdən azad olmağa çalışıram və yeni komanda ilə danışıqlar aparıram. "Səbail”ə isə Avrokuboklarda uğurlar arzulayıram. Bu qərarı vermək çətin idi, amma mənim üçün əsas məsələ daimi oynamaqdı”.
Qeyd edək ki, TPL-in 27-ci turunda keçirilmiş "Səbail” – "Qarabağ” matçından əvvəl paltardəyişmə otağında yıxılan Ruslanın əli sınmış, oyundan sonra isə gips qoyulmuşdu.
Fanat.Az