"Sabah” Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçiriləcək "Qarabağ”la oyunun hazırlıqlarına başlayıb.
Fanat.Az xəbər verir ki, "Səbail”lə matçdan sonra 2 günlük istirahətə buraxılan komanda bu gün "Bank Respublika Arena”nın ehtiyat meydançasında yeni baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında ilk məşqinə çıxıb.
Xatırladaq ki, "Qarabağ”la oyun dekabrın 2-də "Bank Respublika Arena”da baş tutacaq və saat 20.00-da start götürəcək.
Fanat.Az