
Azərbaycanın 3x3 basketbol üzrə oğlan və qızlardan ibarət komandaları Belarusun paytaxtı Minskə yollanıblar.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Basketbol Federasiyası yayıb.
Milli komandalarımız Belarusun 3x3 basketbol üzrə "Palova" Milli Liqasının II mərhələsində iştirak edəcəklər.
Bu gün start götürəcək yarış iyulun 26-dək Minsk şəhərində təşkil olunacaq.