"Qurban Qurbanovla danışdıq. Baş məşqçimiz bəzi transferlər etməyi planlaşdırır. Biz də ona dəstək oluruq”.
Fanat.Az xəbər verir ki, bunu "Report” agentliyinə açıqlamasında "Azərsun Holdinq"in İdarə Heyətinin sədri və "Qarabağ" Futbol Klubunun prezidenti Abdulbari Gözəl deyib.
Abdulbari Gözəlin sözlərinə görə, hazırda klub yaxşı futbolçu axarışındadı: "İndi onların adlarını mən yox, o bilir. Çünki onun sahəsidir. Bilirsən, indi hətta "Arsenal" kimi klub futbolçu tapmaqda çətinlik çəkir. Yaxşı futbolçu tapmaq elə də asan deyil. Amma onlar həmin cameədədir və bu məsələyə baxırlar”.
Qeyd edək ki, "Qarabağ" qış fasiləsində qapıçı Asmir Beqoviç, eləcə də yarımmüdafiəçi Simeon Slavçev və Riçard Almeyda ilə yollarını ayırıb. Əvəzində "Sumqayıt"da icarədə olan qapıçı Nicat Mehbalıyev geri qaytarılıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol