15:32 23.01.2020 2271

AFFA-nın iranlı futbolçulara milyonluq gizli sevgisi

Son vaxtlar Azərbaycan klubları heyətə iranlı futbolçuları cəlb edirlər.

Bu tendensiya "Sumqayıt”la sürətləndi, daha sonra "Neftçi” (Saman Nəriman Cahan) və "Səbail” (Peyman Keşavarz) də İrandan futbolçu gətirdi.

İranda 30 milyona yaxın azərbaycanlı yaşayır. Onların arasında istedadlı futbolçular da yetərincədir. AFFA İrandan azərbaycanlı futbolçuları gətirməklə gələcəyi düşünür.

Əldə etdiyimiz məlumata görə, iranlı futbolçular bir müddətdən sonra milliləşdiriləcək və yığma komandaya cəlb olunacaqlar.

İranlı futbolçuların AFFA-nın nəzarətində olan klublara - "Sumqayıt”, "Neftçi” və "Səbail”ə transfer olunması da bunun göstəricisidir.

Amma bu işdə daha bir maraqlı məqam var. Məlumdur ki, İrandakı azərbaycanlılar Azərbaycan yığmasının şərəfini qorumaqdan həmişə çəkiniblər.

Nə baş verirsə, bu dəfə onlar böyük həvəslə Azərbaycana üz tuturlar. Hətta "Neftçi”yə transfer olunan Saman Nariman Cahan bildirib ki, Azərbaycana gəlmək üçün "Maşınsazi”yə öz cibindən xeyli vəsait ödəyib.

Bax, "xoruzun quyruğu” burda görünür. Saman Azərbaycana gəlmək üçün bu qədər vəsaiti niyə ödəsin ki? Deməli, burda daha çox məbləğ vəd olunub.

Məlumata görə, AFFA rəhbərliyi futbolçulara heç bir təhlükənin olmayacağı ilə bağlı vəd verib. Üstəlik, onlar milliləşdirilib yığmaya cəlb olunduqdan sonra Bakının mərkəzində mənzillə də təmin olunacaqlar. Yığmanın formasını geyinən hər bir iranlı futbolçu 1 milyon manat mükafat da alacaq.

AFFA rəhbərliyi futbolçulara bildirib ki, ailələri İranda təzyiqlə üzləşəcəkləri təqdirdə, onların da Azərbaycana gəlməsinə yardımçı olacaq.

Hazırda daha bir neçə İran azərbaycanlısı ilə danışıqlar aparılır. Danışıqlar nəticə versə, bir müddətdən sonra Azərbaycan çempionatında iranlı futbolçuların sayı bir neçə dəfə arta bilər.

AFFA rəhbərliyi Almaniya, Rusiya və Türkiyənin aşağı dəstələrindən cəlb edilən futbolçularla nəticə qazanmağın mümkünsüz olduğunu bildikdən sonra cənuba tərəf üz çevirib.

Onların bu planının nəticə verib-verməyəcəyini deyə bilmərik. Amma onu dəqiq bilirik ki, bu AFFA rəhbərliyi Azərbaycanda futbolçu yetişdirmək niyyətində deyil.

Mənbə: sportinfo.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

Facebookdan bizi izləməyi unutmayın.
X