"Qalatasaray” bu gün yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Türkiyənin 1-ci liqasında mübarizə aparan "Ümraniyəspor"la üz-üzə gəlib.
İstanbul nəhəngi 2:0 hesablı qələbəyə sevinib. Hesabı 6-cı dəqiqədə Radamel Falkao açıb. 80-ci dəqiqədə isə Ömər Bayram yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı 20:00-da başlayacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol