Avropa Liqasının III turunda "Sivasspor”la qarşılaşacaq "Qarabağ”ın səfər proqramı bəlli olub.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Azərbaycan çempionu sabah çarter reysilə matçın keçiriləcəyi Sivas şəhərinə yollanacaq.
Ağdam təmsilçisini qardaş ölkəyə aparacaq təyyarə saat 11:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. Komanda Sivasa tam heyətlə yollana biləcək. Zədəsini sağaldan oyunçular da baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq. "Qarabağ” sabah qarşılaşmanın oynanılacağı "Yeni 4 Eylül” stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor” – "Qarabağ” oyunu Bakı vaxtı ilə 21:55-də start götürəcək.