10:56 21.02.2021 1530

Məhvə məhkum gənclər (liqası)

İlqar Tağıyev

Bu həftə UEFA İcraiyyə Komitəsi UEFA Gənclər Liqası turnirinin 2020/21-ci illər mövsümünün ləğv olunması ilə bağlı qərar qəbul etdi. Səbəb COVİD-19 pandemiyasıdır.

Turnirdə ölkəmizi U-19 Liqasının ötən ilki çempionu "Qəbələ" təmsil etməli idi. Rəqib də bəlli idi. Komandamız martın 4-də turnirin 1 oyundan ibarət 1/32 final mərhələsində "Şkendiya"nın (Şimali Makedoniya) qonağı olacaqdı. Təəssüf ki...

UEFA-nın qərarı "Qəbələ"yə maddi ziyan vurmaqla yanaşı, futbolçularda da ruh düşkünlüyü yaratdı. Xeyli vaxtdı səylə yarışa hazırlaşan komanda indi sanki boşluğa düşüb. Üstəlik, ölkədaxili yarışların olmaması da bir yandan, çəkilən əziyyətin hədər getməsinə səbəb olur.

Pandemiya bütün sahələrdə olduğu kimi, futbolumuza da böyük zərbə vurub. Ötən mövsüm Premyer Liqa başda olmaqla bütün ölkədaxili yarışlar başa çatdırılmadı. Bu mövsüm isə əsas çempionat və 1-ci Divizionu çıxsaq, heç bir yaş qrupu üzrə yarışlar keçirilmədi. Müxtəlif yaş qrupu üzrə millilərimizin iştirak etdiyi beynəlxalq turnirlər də o cümlədən. Bütün bunlar aşağı yaşlı futbolçuların inkişafına mənfi təsirini göstərməkdədir. Payız aylarında pandemiyanın ikinci dalğasının tüğyan etdiyi vaxtda liqaların təxirə düşməsi, millilərin təlim-məşq toplanışlarının ləğvi, akademiyalarda məşqlərin dayandırılması başa düşülən idi. İndi vəziyyət bir qədər stabilləşib. Yoluxma sayı xeyli azalıb, vaksinasiya başlayıb, vəziyyət nəzarət altındadır. Belə bir məqamda liqalarda yarışları bərpa etmək mümkün deyilmi? Əlbəttə mümkündü. Azından hansısa turnir keçirməklə boşluğu aradan qaldırmaq olar. Amma görünən budur ki, çoxları həvəsli deyil.

Hələ yanvarda orta və ali məktəblərdə dərslərin başlayacağı ilə bağlı qərar veriləndə düşünmək olardı ki, tezliklə liqalarda da yarışlar başlayacaq. Hətta bu ümidlə bir çox akademiyalarda məşqlərə start verildi. Əsas da heç olmasa Gənclər Liqasının bərpasına ümid böyük idi. Ancaq bu ehtimalların "40-ı" çıxsa da, hələ də sözügedən liqada yarışların başlaması ilə bağlı xəbər yoxdu. Güman ki, bu mövsüm heç olmayacaq da.

Başda Gənclər Liqası olmaqla liqaların təşkilatçısı AFFA-dır. Qurumun aşağı yaş millilərimizin toplanışı ilə bağlı üzərinə düşdüyü işin öhdəsindən gəldiyini deməliyik. Elə fevral ayında U-17 və U-18 millilərimizin Tovuzda təlim-məşq toplanışı keçməsini qeyd etmək kifayətdir. Amma təəssüf ki, bu diqqət liqalara göstərilmir. Heç olmasa, yuxarı yaş liqalarda çempionat olmasa da, qısa müddətli hansısa turnirlər təşkil etmək mümkündür və vacibdir. Ki, futbolçular mövsümü boşa verməsinlər.

Düzünə qalsa, çempionatların təxirə düşməsi əksər klublarımızın və məşqçilərin ürəyincədir. Klublar maliyyə sarıdan özlərini "irəli düşmüş" hesab edirlər. Komandalar səfər oyunlarına getmirlər, futbolçuların "ekipirovka" və idman ləvazimatları ilə təmini ixtisara düşür və s. Bəzi "məşqçilər" isə, onlardan nəticə tələb olunmadığı üçün rahatdırlar. Əsas odur ki, hər ay maaşlarını alsınlar, yarış keçirilməsə də olar.

Qısası, uşaq futbolunda mövcud mənzərə belədir: akademiyalarda məşqlər başlayıb, komandalar həftədə 3-5 dəfə, pis-yaxşı məşq edirlər, imkan düşəndə yoldaşlıq oyunlarında hazırlıqlarını yoxlayırlar. Amma bu hazırlığın tətbiq ediləcəyi yarış yoxdur. AFFA-dan liqaların keçirilməsi və ya turnirlərlə əvəzləməsi barədə rəsmi məlumat verilmir. Qeyri-müəyyənlikdir. Klubların qabağa düşüb hansısa yaş qrupunda turnir təşkil etməsi inandırıcı deyil. Kimin nəyinə lazımdır? Zərbə isə uşaq futboluna, futbolçulara dəyir. "Zərbə"ni indi hiss etməyəcəyik, səsi bir neçə ildən sonra çıxacaq. Premyer Liqada, 1-ci Divizionda komanda sayı artırılanda və o zaman futbolçu çatışmazlığı ilə üzləşəndə.

Bəlkə də fərqində deyilik, amma hazırkı vəziyyətdə bütöv bir futbolçu nəsli məhv olmaq üzrədir. Söhbət 18-19 yaşlı gənclərdən gedir. Pandemiyanın fəsadları bir yana, növbəti mövsüm də Premyer Liqa və 1-ci Divizionda komanda sayı artmasa, 2002-ci il təvəllüdlü futbolçuların hər 10-dan 9-u futbolsuz qalacaq.

Razıyıq, koronavirus futbolumuza böyük zərbə vurub. Amma mövcud vəziyyətdən minimum itkilərlə çıxış yolu tapmaq gərəkir. Heç olmasa, gənclər arasında hansısa yarışlar təşkil etmək, növbəti mövsüm komanda sayını artırmaq lazımdır ki...

Yeri gəlmişkən, UEFA-nın məlum qərarından sonra "Qəbələ"nin U-19 komandasının üzvləri kollektiv şəkil çəkdiriblər və meydanda "fişka"larla "U-19 Liqası başlasın!" tələbini yazaraq sosial şəbəkələrdə, mediada paylaşıblar. "Akademiyamızın futbolçuları son rəsmi oyunu tam 1 il əvvəl keçirmişdilər...", deyə etiraz edən gənclər futbol karyeralarının məhvə doğru getdiyinin fərqindədilər. Bəs AFFA necə?

"525-ci qəzet"
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Oktyabr 2026
01:26

"Belə turnirlər inkişafımız üçün çox önəmlidir" - Nihat Bəylərli

01:11

"Təşkilatçılıq alqışalayiqdir" - İlyas Qurbanov

00:57

"Sabahın Ulduzları"nda qaliblər müəyyənləşdi

00:28

AÇ-2027: Azərbaycan millisi Şotlandiya yığmasına məğlub oldu

30 Sentyabr 2026
23:56

"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı

22:48

"Bu mövsüm rəqabət böyük olacaq" - Lazar Spasiç

22:09

Avropa Kuboku: "Neftçi" əsas mərhələyə yüksəldi

21:59

Qazaxıstanın baş məşqçisi "Sabah"ın qolkiperi haqqında nə danışdı?

21:31

ABL: "Sabah" yeni mövsümə qələbə ilə start verdi

20:53

Orkun Kökçü Türkiyə millisinin düşərgəsini tərk etdi

20:19

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar

19:51

Emin Mahmudov: "Lixtenşteyn oyunu öncəsi məsuliyyət var"

19:32

"Lixtenşteynə qalib gəlməliyik" - Ayxan Abbasov

18:52

Beynəlxalq Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı oldu

18:12

"Qalatasaray" yoxlama matçına çıxacaq

17:40

Cavadovdan qələbə şərhi: "Hesab daha böyük ola bilərdi"

17:32

Kita "su qiyməti"nə aldığı Fransa klubunu Bekhemə onqat baha satır

17:16

Sabiq "Beşiktaş"lı Avropaya qayıtdı

16:37

"Bakıya yaxşı nəticə qazanmaq üçün gəlmişik" - Lixtenşteyn millisinin futbolçusu

16:25

"Mingəçevir Reqatası-2026": Azərbaycanın daha bir idmançısından qızıl medal

16:22

Rusiyalı dünya və Avropa çempionunun yarışlarda iştirakı yasaqlandı

16:10

Ronaldu ilə Jezuş arasında gərginlik

15:51

Dyökereş "Arsenal"dan ayrılacaq? - Özü açıqladı

15:32

"İddiası böyük olan komandaların müdafiə xəttində hələ də boşluqlar var" - Qəzənfər Abbasov

15:14

"Əsas odur ki, futbolçulardan istədiyimi ala bildim" - Nəziri məhsuldar bərabərliyi şərh etdi

14:55

Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçilərinin adları bilindi

14:36

Avropa Kuboku: "Neftçi" "Pyarnu"nun qonağıdır

14:17

"Öz performansımdan razı deyiləm, çünki..." - Pedro Bikalyo söz verdi

13:59

"Bu oyun bizim üçün ikiqat çətin olacaq" - Arif Əsədov

13:40

ABL: Yeni növsüm "Sabah" - "LANDAU Lions" matçı ilə başlayır

13:21

"Son mövsümüm ola bilər" - Olivye Jiru

13:02

Ödeqor millinin məşqində iştirak etmədi

12:43

"Oyuna istədiyimiz kimi başlaya bilmədik, əsas problemimiz bu oldu" - Pərviz Bayramov

12:24

"O, buna layiqdir" - Karlo Ançelotti

12:05

"Sabahın Ulduzları"nda bu gün qaliblər müəyyənləşəcək

11:46

"Lixtenşteynin əks-hücum etmək şansı yüksək olacaq" - Aslan Kərimov

11:27

"Udineze" Zaniolo haqda açıqlama yaydı

11:08

"Roma" Dibala ilə Molinanı Messinin vida matçına buraxmadı

10:49

AFFA nümayəndəsi beynəlxalq oyuna təyinat aldı

10:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X