
"Beşiktaş"ın yarımmüdafiəçisi Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarılıb.
Fanat.Az xəbər verir ki, məlumatı yerli federasiyanın mətbuat xidməti yayıb.
Orta xətt oyunçusu ayaq barmağındakı ağrılar səbəbindən millinin düşərgəsindən ayrılıb. O, klubunda müalicə olunacaq.
Xatırladaq ki, Türkiyə millisi UEFA Millətlər Liqasında oktyabrın 2-də Belçika, 5-də isə İtaliya ilə üz-üzə gələcək. Komanda daha əvvəl Fransa (0:1) və İtaliyaya (1:4) məğlub olub.
Toğrul