
"Roma"nın argentinalı ulduzları Paulo Dibala və Nahuel Molina Lionel Messinin vida matçında iştirak etməyəcəklər.
Fanat.Az xəbər verir ki, İtaliya nəhəngi bunu rəsmi saytı üzərindən açıqlayıb.
Argentina 6 oktyabrda Buenos-Ayresdə Benin ilə qarşılaşacaq ki, həmin gün Messi milli komandada son oyununu keçirəcək.
"Roma"nın açıqlamasında deyilir: "Roma bu tədbirin Dibala və Molina üçün əhəmiyyətini anlayır. Bununla belə, qərar idman və logistik səbəblərdən, uçuşun uzunluğu, klubun qarşıdakı oyunlarının yaxınlığı nəzərə alınmaqla verilib".
Klub həmçinin Messiyə olan hörmətini də qeyd edib: "Roma" Lionel Messiyə və onun görkəmli karyerasına dərin hörmətlə yanaşır, ona, eləcə də Argentina Futbol Assosiasiyasına gözəl bir axşam arzulayır".
Qeyd edək ki, Messi 2005-ci ildən Argentina millisinin üzvüdür. O, yığmanın heyətində 2022-ci ildə dünya çempionatının qalibi olub. Bundan başqa, 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə isə Finalissimanı qazanıb.
Mirağa