
"Səbail"in futbolçusu Turan Manafov karyerasını Yunanıstanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu haqda yerli "Sportstonoto" nəşri məlumat yayıb.
"Olimpiakos Volos" 22 yaşlı cinah müdafiəçisini heyətinə qatıb.
Manafovun bu günlərdə Volos şəhərinə yolllanacağı bildirilir. O, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edib. Yunanıstanın 2-ci liqasında mübarizə aparan "Olimpiakos Volos" 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.
Mirağa