“Sumqayıt” növbəti transferini rəsmiləşdirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi bir neçə gün əvvəl "Səbail"lə yollarını ayıran Elşən Abdullayevlə anlaşıb.
28 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. O, köhnə-yeni komandasında “24” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 2013/14 mövsümündə də icarə əsasında “Sumqayıt”ın şərəfini qoruyan Elşən Abdullayev həmin dönəmdə meydana çıxdığı 17 qarşılaşmada 1 dəfə qol vurub. O, son klubu “Səbail”lə yanaşı, “Neftçi”, “Qarabağ”, Zirə” və “Sabah”da da çıxış edib.
Hazırda qış hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirən "Sumqayıt" Abdullayevdən əvvəl Vüqar Bəybalayevin keçidini həll etmişdi.