11:53 14.01.2022 503

\"Maliyyə baxımından imkansızlıq var, ona görə ...\" - Aftandil Hacıyev

Cari mövsümü zəif keçirən komandalardan biri də "Səbail”dir. Düzdür, qış fasiləsindən sonra komandanın necə çıxış edəcəyi ilə bağlı indidən fikir yürütmək düzgün olmaz. Ancaq hazırda maliyyə çətinliyi yaşayan, məhz bu üzdən xaricə təlim-məşq toplanışına gedə bilməyən, üsəlik futbolçu ehtiyatları kasad olan "Səbail”in iddialı olmayacağını proqnozlaşdırmaq mümkündür. 

Komandanın baş məşqçisi Aftandil Hacıyev Qaynarinfo-ya müsahibəsində həm hazırkı duruma toxunub, həm də qarşıdakı planlardan danışıb.

- "Səbail”in fasiləyə qədər olan çıxışını necə dəyərləndirirsiniz?
- Bilirsiniz ki, yay fasiləsində biz hər zaman transfer məsələlərində gecikirik, gözləmə mövqeyi tuturuq. Hətta futbolçularımızdan Nikolas Raysel iki tur keçəndən sonra komandaya qoşulmuşdu. Belə çətinliklər stabil çıxışımızı əngəlləyir. Çünki futbolçular təlim-məşq toplanışında və hazırlıq oyunlarında birlikdə ola bilmirlər. Bu baxımdan çempionatda qeyri-sabitlik yaşayırıq. Futbolçuları qınamıram. İmkanlarımıza görə hərəkət edirik. Hər zaman kənarda qalanları heytimizə cəlb edirik. Bununla belə çempionatın ilk turlarına pis başlamadıq, hər zaman əhval-ruhiyyə yüksək olduğu, darıxdıqları üçün istədiyimiz nəticəni əldə edə bildik. Sonradan cəzalanan, zədələnən futbolçuları əvəzləyə bilmədiyimizdən heyətdə boşluqlar yarandı. İkinci dövrəyə yaxşı start verdik, "Qarabağ” üzərində tarixi qələbə qazandıq. Bu "Səbail” üçün ilk idi. Sonra yenə də cəzalar və zədələr bizi tempdən saldı. "Keşlə”dən bir xal aldıq, son oyunda "Sabah”a məğlub olduq. Xalları çətinliklə qazandıq. Amma asanlıqla məğlub olduğumuz oyunlar vardı. Mövqeyimiz həm yaxşı, həm bundan da bərbad ola bilərdi. Qışa kimi olan çıxışımızı istəməzdim yekun nəticə kimi dəyərləndirim. Çempionatın sonunda oyunlarımızı qiymətləndirmək daha yaxşı olardı. Ümumi fikrimiz yerlilərə şans verməkdir, gənc futbolçuların axtarışındayıq. Gördüyünüz kimi, ən az legioner bizdədir – cəmi 4 nəfər. Amma digər komandalarda bu say iki dəfə çoxdur. Rəqiblərin heyəti daha genişdir və güclü fubolçulardan formalaşıb. Ona görə də çətinliklər yaşayırıq. Çalışırıq yeni oyunçular üzə çıxaraq, diqqətdən kənarda qalanlara qapı açaq. Nəticə o qədər önəmli olmasa da, mübarizəmizi sona qədər aparmağı düşünürük. Kubokda 1/4 final mərhələsindəyik. Cəhdlərimizi edəcəyik. Hədəfimiz milliyə futbolçu verməkdir. 

- "Səbail”ə qarşı hakim səhvləri çox oldu...
- Gənc hakimlər vardı ki, ilk dəfə bizim oyunlarda çıxış etdilər və səhvlərə yol verdilər. Amma çıxışmızı sırf hakimlərlə bağlamaq istəməzdim. Çünki səhv hər oyunda ola bilər. Sadəcə, bizim matçlarda səhvlər nəticəyə təsir etdi. Sonradan təhlil edəndə gördük ki, bəzi qərarlar olmasaydı, müəyyən oyunlardan xalla ayrıla bilərdik. Futbolçuların əziyyətinə heyifimiz gəlir. Qarşımızda yerli futbolçuları yetişdirmək məqsədi varsa, bunu hakimlər də nəzərə almalıdırlar. "Səbail” daha çox yerli futbolçulardan formalaşıb. Bu baxımdan düşünürəm ki, diqqəli olmalıdırlar. Onları "sındırmamaq” çox önəmlidir. 

- 5 oyunluq cəza almağınızla bağlı apellyasiya şikayəti versəniz də, qərar qüvvədə saxlanıldı. Buna reaksiyanız necədir? Özünüzü nə qədər günahkar hiss edirsiniz?
- Təbii ki, cəzanın bu qədər olmasına razı deyiləm. Belə bir hadisə yaşanmamışdı. Heç nə deməyəcəm. Sadəcə, son vaxtlar Türkiyə çempionatında baş verənlərə nəzər salsaz, məncə kifayət edər ki, bu gün məşqçi və hakim dialoqunun nə qədər önəmli olduğunu görək. Dialoq baxımından hakimlərimizdə təcrübəsizlik var, çünki cavandırlar. Vaxt getdikcə bu da yoluna qoyular. Türkiyədə baş məşqçilər, hətta VAR hakimlərinə belə iradlarını çatdırırlar. Bizim də aramızda qısa dialoq oldu. Dilaoq qurmaqda problem yarandığı üçün belə hadisə yaşandı. Bu da xoş deyildi.

- Şişirdilmiş cəza hesab etmək olar?
- Məncə, çox ciddi cərimə idi. Bu cür cəza tətbiq ediləcək heç nə baş verməmişdi. Bir-iki oyunluq cəzanı hardasa başa düşmək olardı. Amma 5 oyunluq deyildi. 

- VAR sistemi Azərbaycana lazımdırmı?
- Bu sistem artıq müasirləşib. Futbolda istifadə edirlər. Düşünürəm ki, qərarlara yardım edəcək bir qurğudur. Amma bu gün dünyadakı çempionatları izləyəndə görürük ki, hətta, VAR sistemi ilə bağlı şikayətlər olunur. Ümumilikdə hakimlərin komandaların haqqına girməməsi üçün faydalı ola bilər. Yenə də səhvlər olacaq. O demək deyil ki, VAR sistemindən sonra oyunlar səhvsiz idarə ediləcək.

- "Səbail”in qarşıdakı planları necədir? Ölkə xaricinə gedəcəksiniz?
- Maliyyə baxımından imkansızlıq var, ona görə də təlim-məşq toplanışını Bakıda keçəcəyik. Hazırda "Dalğa Arena”da məşq edirik. Sabah ilk yoldaşlıq görüşümüzü keçirəcəyik. Ayın 5-dən "Bayıl Arena”da yığışmışıq. 10-dan isə "Dalğa Arena”da məşqləri davam etdiririk. Ayın 14, 18, 21 və 24-ü üçün yoldaşlıq görüşləri planlaşdırmışıq.

- Heyətlə bağlı hansı dəyişiklikləri nəzərdə tutmusunuz?
- Hələ ki, gedənlərin sayı çoxdur. Gələnlər də yəqin ki, yerlilər olacaq. Çünki əcnəbilərə bağlı limitimiz 4 nəfərdir.  Daha artığını götürə bilmərik. Rəhbərliklə əvvəlcədən danışıb qərara gəlmişik ki, əcnəbilərin sayı maksimum 4 nəfər, onlardan da ən azı biri milli üzvü olsun. Şimkus millidə oynayırdı deyə dəvət etdik. Camal Araqo da ilk dəfə Liberiya millisinə çağırıldı. Digərlərinə gəlincə, Kamran Ağayev karyerasını bitirdi. Elşən Abdullayevlə yolları ayırdıq. Elton Əlibəylinin icarə müddəti bitdiyindən onu "Neftçi”yə qaytardıq. Cəlb etmək istədiyimiz futbolçulardan isə yalnız Tural Bayramlının adını çəkə bilərəm. Onunla yaxından maraqlanırıq. Danışıqlar gedir. Ola bilər Birinci Diviziondan da futbolçu transfer edək. Əvəzedicilərdən 6 nəfəri məşqlərimizə cəlb etmişik. Hələ ki, yoxlanışdadırlar. Yoldaşlıq görüşlərindən sonra onlarla bağlı qərar veriləcək. 

- Kamran Ağayevlə son söhbətiniz necə oldu? Niyə karyerasını bitirmək qərarına gəldi?
- Kamran bu qərarı özü qəbul etdi. Son zamanlar sağlamlığı, zədələri ilə bağlı məşqlərdə mütəmadi iştirak edə bilmirdi. Tez-tez zədələnirdi deyə formadan uzaqlaşırdı. Futbol elə oyundur ki, daim formada olmalısan. Bütün bunlara tab gətirmək onun üçün çətin idi. Həm də yeni iş təklifi aldı. Mənə yaxınlaşıb karyerasını bitirməklə bağlı qərar vermək istədiyini bildirdi. Biz də hörmətlə yanaşdıq. Ancaq onu yenidən futbola qaytarmaq üçün əlimizdən gələni etdik. Kamranın futboldan kənarda qaldığı vaxtlarda biz ona diqqət ayırdıq. Düşünürəm ki, Kamran da bu diqqəti daim qiymətləndirib. Hörmətlə, yaxşı əhval-ruhiyyədə yollarımızı ayırdıq. Ona növbəti işində uğurlar arzulayıram. Kamran Azərbaycan futbolunda üç ən yaxşı qapıçıdan biri olub.

- Belə baxanda 35 yaş qapıçı üçün o qədər də çox sayılmır. Ələləxsus da Azərbaycanda. Qalsaydı, formaya düşüb fizki durumu yaxşılaşdıra bilərdimi?
- Onu qınamıram, meydançamız da sərtdir. Orada məşq etmək, tullanmaq, Kamran üçün çətin idi. Buna baxmayaraq, artıq çəkisinin böyük hissəsini atmışdı. Yenə də baxırsan ki, yaş öz sözünü deyir, köhnə zədələr baş qaldırır. Mütəmadi formada qalmaq üçün məşq etmək lazımdır. Əlbəttə, özünün də qayıtmaq istəyi vardı. Hətta hər bir futbolçu milliyə dönməyi düşünürdü.

- Belə başa düşmək olar ki, heyətdə ciddi dəyişikliklər edilməyəcək?
- Birincisi, legioner götürə bilmirik. İkincisi, hələ gənc klubuq. Əvəzedicilərimizi bu il yenidən formalaşdırmışıq. Çətinliklər var. Yenə də çalışırıq ki, istedadlı uşaqlar cəlb edək. 

- "Səbail”in turnir cədvəlindəki mövqeyi komandanın fasilədən sonrakı çıxşına necə təsir edə bilər?
- Dəyişikliklər çoxdursa, tez bir zamanda komandadan keyfiyyətli oyun gözləmək də sadəlövhlük olar. Bizdə də tez-tez dəyişikliklər baş verir. 3 nəfər gedir, 5-i gəlir. Hər yay fasiləsində birdən-birə 10 nəfər dəyişdirilir. Nəticədə hər şeyi yenidən başlamalı oluruq. Belədə davamlı, yaxşı oyun göstərmək çətindir. Müəyyən görüşlərdə istədiyimiz oyunu nümayiş etdirə bilirik.

- Növbəti mövsüm üçün "Səbail”in büdcəsində hansısa yeniliklər gözlənilir?
- Bu haqda heç bir məlumatım yoxdur. Rəhbərliklə müzakirələrimiz olub. Amma indidən heç kim, heç nə deyə bilmir. Rəhbərliyə təkliflərimizi bildirmişik, amma hazırda heç bir müzakirə aparılmır. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

Facebookdan bizi izləməyi unutmayın.
X