Azərbaycan Premyer Liqasının qalan bölümünə Bakıda hazırlaşan “Keşlə” və “Səbail” bu gün sınaq matçında üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüşdə "Keşlə" 2:0 hesabı ilə başa çatıb.
Sözügedən elita təmsilçiləri yanvarın 24-də daha bir yoxlama oyunu keçirməyi planlaşdırırlar.
“Səbail” bunadək “Qarabağ”ın əvəzediciləri ilə sınaq görüşünə (0:0) çıxıbsa, “Keşlə” ilk belə matçını keçirib.