"Neftçi"nin yeni transferi Azər Əliyev azərbaycanlı futbolçu statusunda oynayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin idman direktoru Zaur Əzizov məlumat verib.
Klubun rəsmi televiziyasına danışan Əzizov bildirib ki, 28 yaşlı yarımmüdafiəçi azərbaycanlıdır: "Bununla bağlı açılqlama veriləcək. Onunla bütün danışıqlar doğma dildə olub".
Qeyd edək ki, son klubu Rusiya "Ufa"sı olan Azər Əliyev "Neftçi" ilə 3,5 illik müqavilə imzalanıb. Futbolçunun Azərbaycan millisinə cəlb olunması da gündəmdədir.