Ukraynanın "Aleksandriya" klubunun yarımmüdafiəçisi Emil Mustafayevin "Neftçi"yə keçidi alınmayacaq.
Fanat.Az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycanın millisinin üzüv bakılıların geniş transfer siyahısında olsa da, Emilin klubuna təklif göndərilməyib.
Düzdür, futbolçunun özü "ağ-qaralar"ın nümayəndələri ilə ünsiyyət qurub. Lakin "Aleksandriya"nın təzminat tələbi Bakı klubunu geri çəkilməyə məcbur edib.