
"Gərgin və maraqlı oyun oldu".
Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.
O, "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra qatıldığı mətbuat konfransında belə danışıb:
"Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Meydanda mübarizə gördük. Futbolçularda əzm və istək var idi. Rəqib səhvləri bağışlamadı. İşimizə davam etməli və səhvləri düzəltməliyik. İnanıram ki, hər şey yaxşı olacaq və bundan da yaxşı "Neftçi" görəcəyik".
Abasov Gilyerme Patonun çox yaxşı oyun sərgilədiyini söyləyib: "Pato xoş təsir bağışladı. İnanıram ki, digər oyunçuların da oyunu düzələcək".