
Bu gün Azərbaycan çempionatının ən maraqlı və ən çox izləyici kütləsi yığan oyunu - "Neftçi" və "Qarabağ" görüşü keçirilirdi. Meydandakı gərginlik öz yerində, görüş müəyyən oyunətrafı məqamları ilə də yadda qaldı
Hələ görüşün başlamasına təxminən yarım saat qalmış "Bakcell Arena"nın kassaları ətrafında hər iki klubun azrkeşləri uca səslə öz komandalarını dəstəkləyirdi.
Tribunalarda hər iki klubun kifayət qədər azarkeşi var idi. Hiss olunurdu ki, bu görüşün statusu başqalarından fərqlidir.
Qarşılaşmanın 40-cı dəqiqəsində 1-ci sektorda "Neftçi"nin gənc azarkeşlərindən biri meydana daxil olmaq istəyərkən təhlükəsizliyi təmin edən polis əməkdəşları onun qarşısını aldılar. Həmin azarkeşlə söhbət zamanı o, bizə bildirdi ki, oyunu seyr etmək üçün Gürcüstandan gəlib və ilk qol məhz onun sevimli komandasının qapısından keçdiyi üçün hisslərini cilovlaya bilməyib.
43-cü dəqiqədə "Neftçi"nin kapitanı Emin Mahmudov künc zərbəsini yerinə yetirərkən topun boş olmasından narazılığını bir qədər emisional şəkildə bildirdi. Bu, matçın baş hakimi Kamal Umudlunun diqqətindən yayınmadı və o, futbolçuya şifahi xəbərdarlıq etdi.
Oyunun ikinci hissəsində top 4-cü sekrotdakı azarkeşlər tərəfə düşdü. Tribunadakı izləyicilərdən biri fürsətdən faydalanaraq "mərmi"ni "özəlləşdirmək" istəsə də, istəyini həyata keçirə bilmədi. Topdaşıyanların və polisin müdaxiləsindən sonra həmin azarkeş topu qaytarmalı oldu.
Görüşün ikinci hissəsinin sonlarında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov adət etdiyimizdən daha emosional görünürdü. Mətbuat konfransında məlum oldu ki, Qurbanov komandasındakı iki yetirməsinin buraxdığı səhvlərə görə hiddətlənirmiş. Adlar isə açıqlanmadı.
Emin Şəmsiyev