
Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində baş tutan "Neftçi" - "Qarabağ" matçı (0:2) qonaq komanda üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, ağdamlılar "Neftçi" ilə çempionat oyunlarında 100-cü qolunu vurub!
30 illik rəqabətdə Kadi Borgesin vurduğu 2-ci qol "Neftçi"nin qapısından keçirilən yubiley qolu olub.
"Qarabağ"da əzəli rəqibinin qapısından keçirilən ilk qolun müəllifi isə Zaur Qarayevdir. O, 1992-ci il sentyabrın 26-da keçirilmiş qarşılaşmada (1:1) fərqlənib.