19:39 28.02.2022 644

"Son dəqiqələr bizim üçün gərgin keçdi" - Rəşad Sadıqov

"Bizim üçün çox vacib qələbə idi. Bu stadionada oynamaq çətindir. Nəzərə alaq ki, "Qarabağ" yeganə məğlubiyyətini bu stadionda alıb".

Fanat.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

39 yaşlı mütəxəssis "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra qatıldığı ənənəvi mətbuat konfransında komandasının qələbəsini dəyərləndirib:

"İlk dəqiqələrdən üstünlüyə yiyələnməyə, öz oyunumuzu göstərməyə çalışdıq. Rəqib matçın əvvəlində ikinci zonada bizə pressinq tətbiq edirdi. Hücumlarımızı inkişaf etdirməyə imkan vermirdilər. İkinci yarı bizim üçün daha yaxşı keçdi, hücumda fəal oynamağa çalışdıq. Qol imkanlarımız da oldu. Yaxaladığımız epizodlardan istifadə etmədiyimiz üçün son dəqiqələrdə rəqibin əzmkarlığı daha da artdı.

Bu komandaya turnir cədvəlində sonuncu yeri vermərsən. Kubokda bizə böyük hesabla uduzmalarına baxmayaraq, çempionat matçında bizə qarşı çox yaxşı çıxış etmişdilər. “Sumqayıt”la ev, “Qəbələ” ilə səfər matçlarında da belə olmuşdu. Bu gün də mübarizə apardılar. Hesab arasındakı fərqi də artıra bilmədiyimiz üçün son dəqiqələr bizim üçün gərgin keçdi. Şükürlər olsun ki, müdafiədə səhv etmədik, etibarlı oynadıq. Uzaq məsafədən zərbələri və standart vəziyyətləri çıxmaq şərtilə, bəlkə də, rəqibə qol imkanı da vermədik”.

Baş məşqçi 5-ci pillədəki “Sabah”ı 8 xal qabaqlamalarına baxmayaraq, hazırda avrokuboklar barədə düşünmədiklərini vurğulayıb: “Ötən mövsüm də qış fasiləsindən sonra bizi erkən avrokuboklarda görənlər çox idi. Amma onda da deyirdik ki, hələ tezdir. Çiyinlərimdə böyük təcrübə var, belə oyunları, yarışları çox görmüşəm. Zərrə qədər rahatlaşmağın fəsadları pis ola bilər. “Sabah” da iddialı komandadır. Yeni baş məşqçi təyinatından sonra da möhtəşəm futbol nümayiş etdirirlər. Son turlarda uduzmalarına baxmayaraq, bəlkə də, heç bir oyunda məğlubiyyətə layiq deyildilər. Əminəm ki, sona qədər mübarizə aparacaqlar. Qarşıda bizi çox gərgin 11 tur gözləyir. Sonadək də mübarizə aparmalıyıq”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
19:10

KL: "Neftçi" "Dinamo Minsk"i qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

Facebookdan bizi izləməyi unutmayın.
X