09:00 03.03.2022 693

Premyer Liqanın mənzərəsi: Legionerlər keyfiyyəti, yerlilər kəmiyyətiylə fərqlənir

Azərbaycan Premyer Liqasında 17 tur arxada qalıb. 

Fanat.Az-ın məlumatına görə, çempionatın geridə qalan müddəti ərzində orta məhsuldarlıq 2,6 topa bərabərdir. 

Çempionatda 67 oyun keçirilib. 16-cı turun "Qarabağ" - "Sumqayıt" görüşü Ağdam təmsilçisinin Konfrans Liqasında iştirakı ilə əlaqədar təxirə salınıb. Yeri gəlmişkən, sözügedən oyun mayın 12-nə təyin olunub.

Çempionatın ən məhsuldar turu noyabrın 6-7-nə təsadüf edib. Belə ki, 10-cu turda dörd oyunda qapılara 17 top vurulub. Bu isə orta hesabla 4 qoldan çox edir. Məhsuldarlıq cəhətdən ən kasad futbol həftəsi isə 12-ci turda olub. Belə ki, həmin turda cəmi 7 qol qeydə alınıb.    

17 tur ərzində azarkeşlər 176 qola şahidlik ediblər ki, bunun 1-i avtoqol kimi qeydə alınıb. "Səbail"in müdafiəçisi Camal Araqo hələki həm öz komandasına, həm də rəqib qapısına qol vuran yeganə oyunçudur.   

176 qola 78 futbolçu imza atıb. Premyer Liqada 5 və daha çox qol vuran futbolçular bunlardır: 

Davit Volkov ("Zirə") - 10 
Coy-Lens Mikels ("Sabah") - 7 
Filip Ozobiç ("Qarabağ") - 7 
Musa Qurbanlı ("Qarabağ") - 6
Abdullah Zubir ("Qarabağ") - 6
Ülvi İsgəndərov ("Qəbələ") - 6 
İsnik Alimi ("Qəbələ") - 5 
Felipe Santos ("Keşlə") - 5
Rafael Utziq ("Qəbələ") - 5

Fərqlənən 78 futbolçunun 43-ü yerli, 35-i isə əcnəbi oyunçudur. Göründüyü kimi, qol sevinci yaşayan oyunçular arasında Azərbaycan futbolunun yetirmələri daha çoxdur. Bununla belə, qolların bölgüsündə legionerlər daha çoxluq təşkil edir. 176 qoldan 104-ü gəlmə oyunçuların, 72-si isə özümüzünkülərin ayağındadır. Bu da bombardir yarışında legionerlərin liderlik etməsi anlamına gəlir. Başqa sözlə, bizimkilər kəmiyyətlə, əcnəbilər keyfiyyəti ilə seçilib.

Mirağa Mirzəyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

Facebookdan bizi izləməyi unutmayın.
X