
“Səbail” Premyer Liqadakı səfər oyunlarında 100-cü qolunu buraxıb.
Fanat.Az xəbər verir ki, bu topa “Neftçi”nin futbolçusu Azər Salahlı imza atıb.
“Dənizçilər” 61-ci səfər görüşünə qədər 98 dəfə topu qapısında görmüşdü.
“Səbail” ölkə çempionatları tarixinə səfərdə 100 və daha çox top buraxan 28-ci komanda kimi düşüb. Antirekord “Turan”a məxsusdur. Tovuz klubu 432 qol buraxıb.