13:46 08.03.2022 774

\"Səbail\"in məşqçisi Ukraynada yaşadıqlarını anlatdı: \"Hər an həyati təhlükə var idi\"  

“Səbail”in 13 yaşlılardan ibarət komandanın məşqçisi Aydın Manaflı Ukraynadan şənbə günü qayıdıb.

Fanat.Az xəbər verir ki, fevralın 19-da Ukraynanın paytaxtı Kiyevə UEFA-nın “B” kateqoriyalı məşqçi lisenziyasının yenilənmə kurslarında iştirak etmək üçün yollanan gənc mütəxəssis 27 fevralda Bakıya dönməli olsa da, Rusiya qoşunlarının bu ölkəyə hücumu nəticəsində orada qalmışdı.

29 yaşlı çalışdırıcı saytımıza açıqlamasında üzləşdiyi çətinlik və Ukrayna təəssüratlarını bölüşüb: "Ukraynanın paytaxtı Kiyevə UEFA-nın “B” kateqoriyalı məşqçi lisenziyasının yenilənmə kurslarında iştirak etmək üçün getmişdim. Bəribaşdan qeyd edim ki, fevralın 19-dan iştirak etdiyim kursun ilk mərhələsini uğurla başa vurdum. Cəmi iki günüm qalmışdı, mühazirələr olacaqdı ki, dava başladı. Elə qəfil oldu ki, çıxa bilmədik. Düzdür, hücumla bağlı şayiələr gəzirdi, ancaq dəqiq söz demirdlər. Amma sonra sərhədlər bağlandı, şəhərdən çıxa bilmədik. Kiyevin mərkəzində “Palats Ukraina” metrosunun yaxınlığındakı bir yaşayış binasının zirzəmisində qalırdıq.

Ukraynadakı müharibəyə canlı şahid oldum. Düzdür, mən olduğum ərazidə şiddətli döyüş getmirdi. Kiyevin mərkəz hissəsində daldalanmışdıq. Amma silah səsləri, bombardman eşidilirdi. Hər an həyati təhlükə var idi. Hər şey videolarda göründüyü, xəbər saytlarının, ukraynalı rəsmilərin dediyi kimidir. Rusiya ordusu Ukraynanı işğal etməyə çalışır. Gördüklərimə, müşahidələrimə əsasən deyə bilərəm ki, yerli əhalidə əhval-ruhiyyə yaxşıdır. Sona kimi mübarizə aparmaq istəyirlər".

Manaflı Ukraynanı necə tərk etdiyinə də aydınlıq gətirib: "Əvvəlcə AFFA rəhbərliyinə və çalışdığım "Səbail" klubuna minnətdarlığımı bildirirəm. Demək olar, hər gün əlaqə saxlayır, maraqlanırdılar. İnanın, elə durumda bir kəlmə xoş söz çox böyük dəstəkdir.

Səfirliklə əlaqə saxladıq, bizi Magilovsk-Podolsk sərhəddinə gətirdilər. Moldova ilə sərhədi ordan keçdik. Bizi qaçqınların düşərgəsinə apardılar. Əlbəttə, orda uzun müddət qalmağı ağlımdan belə keçirməzdim. Şərait yaxşı deyildi. Yəqin özünüz də təsəvvür edə bilirsiniz. Belədə bir neçə nəfər birləşib öz hesabımıza, valideynlərimizin köməyi ilə Moldovadan Rumıniyaya yollandıq. Buxarestdən İstanbula, ordan da Bakıya gəldik".

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:35

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X