
"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis komandasının 1:0 hesablı qələbəsini belə dəyərləndirib:
"Müdafiədən oynamalısansa, deməli, canını ortaya qoymalısan ki, rəqibə şans verməyəsən. Komandamız da bunu yetərincə yaxşı bacardı. Qələbənin yaxşısı və ya pisi olmur. Necə lazım idisə, o cür də oynadıq. Baxmayaraq ki, kifayət qədər itkilərimiz var idi. Bu cür rəqibə qarşı iki əsas müdafiəçisiz meydana çıxmışdıq. Matçın gedişində də müdafiəçilərdən birinə nəsə olsaydı, ondan sonra nələr baş verərdi, bilmirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq. Artıq ölkə kubokuna hazırlaşacağıq".