13:52 06.05.2022 933

 Mahmud Qurbanov: "O heyəti 3 il ərzində yığmışdıq"

"Neftçi"nin əvəzedicilərinin baş məşqçisi Mahmud Qurbanovun Fanat.Az saytına müsahibəsi

- Ötən mövsüm Birinci Divizionun qalibi oldunuz. Bu il isə komanda dördüncü pillədə qərarlaşıb. Çempion bəllidir - "Qaradağ Lökbatan". Niyə alınmadı? Buna səbəb kimi nəyi göstərə bilərsiniz? 

- Mən sizə bir şey deyim, "alınmadı" sözü ümumiyyətlə... Deməzdim ki, alınmadı. Nəzərinizə çatdırım ki, əvəzedicilərdə stabillik olmur. Mütamadi olaraq dəyişikliklər baş verir. Yadınıza gəlirsə, ötən mövsümlə indikində bizim hücum xəttimizdə fərq var. Həm əsas komandaya yollanan futbolçular olub, həm də digər klublara. Gənc oyunçular arasında xaricə üz tutanlarımız da var. Ona görə də, baş verən dəyişiklik qaçılmaz idi. Bu səbəbdən stabilliyimizi qorumaq məsələsi önə çıxır. Keçən il çempion olduğumuz heyəti 3 il ərzində yığmışdıq. 17-18 yaşından klubda məşq edən heyət idi ki, onlar da çempion oldular. Bir sözlə, baş verən dəyişikliklər səbəbindən bu mövsüm göstərdiyimiz nəticələr elə də yaxşı deyil. Qarşıda iki tur var və mövsümü ilk "üçlük"də başa vurmaq üçün sonadək mübarizə aparacağıq. Bu həm "Neftçi" adına, həm də öz adımıza görə vacibdir. 

- Ötən mövsüm çempion olan heyətdə bir neçə perpektivli gənc var idi. Bu il həmin prosesin təkrarını gözləmək olarmı? 

- Futbolçularımız var. Onların "Neftçi" akademiyasının yetirməsi olması faktı bizi sevindirir. Mən hətta əminəm ki, yetirmələrimiz Premyer Liqada oynaya bilərlər. İstər "Neftçi"nin əsas komandasında, istərsə də çempionatımızın digər klublarında. 

- Adlarını qeyd edə bilərsiniz? Hansı futbolçulardır? 

- Adlarını çəkmək istəmirəm... Düşünürəm ki, gənc futbolçunu heç zaman tərifləmək olmaz. 

- Builki çempionatı ötənilki ilə müqayisə edə bilərsiniz? 

- I Divizion özlüyündə olduqca maraqlıdır. Klublar da maraqlıdır. Hansısa azarkeş və ya futbol mütəxəssisi üçün bu baxımlı olmaya bilər. Mənim fikrimcə, çempionat öz səviyyəsinə görə maraqlı keçir. Diqqətçəkən futbolçular da var. Fərq isə odur ki, ötən il heyətdə dörd təcrübəli futbolçu mübarizə aparırdısa bu mövsüm onun sayı altıdır. İki limit dəyişikliyi etdilər ki, bu da I Divizion komandaları üçün əlverişli oldu. Bizdə də təcrübəli futbolçular var, amma biz üstünlüyü gənclərə veririk. Çempionatın digər klublarınının bizdən üstünlüyü də odur ki, onların heyətində təcrübəli futbolçular çoxluq təşkil edir. Amma buna baxmayaraq, inamla davam edirik. Çempionat da olduqca maraqlıdır. 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

Facebookdan bizi izləməyi unutmayın.
X