
"Səbail"in yarımmüdafiəçisi Əfran İsmayılovun növbəti mövsümə harada başlayacağı bilinmir. Bir müddət öncə karyerasını bitirə biləcəyinə də eyham vuran futbolçu ilə əlaqə saxlayıb gələcək planları ilə maraqlandıq.
Təcrübəli futbolçunun Fanat.Az-a açıqlaması belə oldu: "Gələn mövsümlə heç bir başqa planım yoxdur. Böyük ehtimalla, "Səbail"də qalacağam".
33 yaşlı futbolçu yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Kəpəz" və "Turan Tovuz" klubları barədə də danışıb:
"İlk öncə hər iki klubu təbrik edirəm. Nəzərə alsaq ki, mən özüm də "Turan"ın şərəfini qorumuşam, bu, mənim üçün ikiqat xoş xəbərdir. Düşünürəm ki, hər iki klubun indiki durumunu nəzərə alsaq, çempionatda rəqabət aparmaq çətin olacaq. Klublar heyətlərini gücləndirməlidir ki, çempionatda baxımlı oyun göstərə bilsinlər. Komandaların ikisinə də uğurlar arzulayıram!"
Emin