
Növbəti mövsüm üçün heyətini böyük ölçüdə yeniləməyi planlaşdıran "Səbail"i tərk edəcək futbolçular müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, komanda üzvlərinin 75-80 faizi ilə yollar ayrılacaq.
Baş məşqçi Aftandil Hacıyevin "qara siyahı"sında olan futbolçuların adları da bəllidir. Legionerlərdən Nikolas Raysel, Dmitrius Şimkus, Camal Araqo, yerlilərdən isə Əfran İsmayılov, Rahid Əmirquliyev və Rauf Əliyevin növbəti mövsüm "Səbail"də oynamayacağı dəqiqdir. Azərbaycanlı futbolçulardan daha bir neçəsinin də komandadan göndəriləcəyi gözlənilir.
Bayıl təmsilçisi hazırki heyətdən ilk növbədə Adil Nağıyevi saxlamaqda maraqlıdır. Hazırda onunla danışıqlar davam etdirilir.
Qeyd edək ki, "Səbail" Azərbaycan Premyer Liqasını sonuncu - 8-ci yerdə başa vuracaq. Klub rəhbərliyi növbəti mövsüm üçün büdcənin artırıldığını açıqlayıb.
Mirağa