
“Səbail” klubu növbəti transferini açıqlayıb.
Fanat.Az "dənizçilər"in rəsmi saytına istinadən xəbər verir ki, yeni futbolçu Fil Dişi Sahilindən olan 29 yaşlı vinger Qoba Zakpadır.
Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Futbolçunun son klubu Kipr "Etnikos"u olub.