
Mövsümün sonunda "Neftçi"dən ayrılan hücumçu Tyaqo Bezerranın yeni klubu bəllidir.
Fanat.Az xəbər verir ki, 35 yaşlı braziliyalı Səudiyyə Ərəbistanının "Əl-Aruba" klubuna keçib.
İnformasiyanı klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
"Neftçi"yə 2021-ci ilin sentyabrında transfer olunmuş Bezerra 25 oyunda 10 qol vurub.