
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir keçidi reallaşdırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi seneqallı futbolçu Abdulaye Banı heyətinə cəlb edib.
Mərkəz müdafiəçisi ilə bağlanmış müqavilənin müddəti 1+1 ildir.
Ba karyerası ərzində Portuqaliyanın “Portu” (2012-2014), “Sportinq” (Kovilya, 2010/11), “Akademika” (2011/12), “Gimaraynş” (2013/14), “Moreyrense” (2020-2022), “Aroka” (2021/22), İspaniyanın “Rayo Valyekano” (2014/15, 2017-2019), “Deportivo” (2019/20), Türkiyənin “Fənərbağça” (2015/16), “Alanyaspor” (2016/17), Almaniyanın “Münhen 1860” (2016/17) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/21) klublarında çıxış edib. O, Seneqal millisinin heyətində 6 oyun keçirib.
Abdulaye “Sabah”da 13 nömrəli formada çıxış edəcək.