
“Neftçi” klubu futbolçusu Fəhmin Muradbəyli ilə yolları ayırıb.
Fanat.Az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə birtərəfli qaydada xitam verilib.
Ona təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Fəhmin Muradbəyli 2013 - 2018, 2020 - 2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb, 8 qol vurub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Şamaxı”da keçirib.