
"Neftçi" heyətini yeni hücumçu transfer edib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Belarus millisinin hücumçusu Yeqor Boqomolskini heyətinə qatıb.
22 yaşlı forvardla imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, son klubu Belarus "Minsk"i olan Yeqor Boqomolski bu mövsüm ölkə çempionatında keçirdiyi 15 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə verib. Futbolçu bu ildən yığmaya da dəvət alır.